`Azərbaycan İranın yaxşı qonşusudur` - Zərif


15:59     01 Dekabr 2017 zerif46.jpg

"İranın Azərbaycanla çox gözəl əlaqələri mövcuddur. Bugünkü iclasdan əlavə, prezident İlham Əliyevlə faydalı müzakirələr apardıq".


Femida.az-ın məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Onun sözlərinə görə, prezidentlə görüşdə enerji sahəsində və Xəzər dənizi ilə bağlı, habelə Rusiya-Azərbaycan-İran və Türkiyə-Azərbaycan-İran arasında tranzit sahəsində əməkdaşlıq müzakirə olunub.

"Azərbaycan İranın yaxşı qonşusudur. Biz bu əlaqələri ciddi şəkildə davam etdirəcəyik", - deyə nazir vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1049